31 Mart soyqırımına həsr olunmuş xüsusi dərs
31 mart tarixində məktəbin 10 "B " sinfində 31 Mart-Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş xüsusi dərs keçirilib.
Məktəbin tarix müəllimi Aynur Həsənova tərəfindən keçirilən dərsdə məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Səidə Ağamalıyeva, psixoloqu Məlahət Qasımlı da iştirak edib.
Dərs zamanı soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra şagirdlərin çıxışları dinlənilib.