31 mart- Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş "Dəyirmi masa" keçirildi
31 mart 2023-cü il tarixində 31 Mart- Azərbaycanlılarının soyqırımının 105-ci ildönümü ilə əlaqədar məktəbin fəaliyyət planına uyğun olaraq tədbir keçirildi.
Məktəbin tarix müəllimi Hikmət Qasımovun təşkilatçılığı, məktəb rəhbərliyi, 10 "A" sinif şagirdlərinin iştirakı ilə "Dəyirmi masa" keçirildi.
Tədbirdə soyqırım qurbanlarının xatirəsi ehtiramla yad edildi.
Tədbirin keçirilməsində məqsəd xalqımıza qarşı törədilmiş soyqırım haqqında biliklərin artırılması, tarixi hadisələrə düzgün rəy vermək bacarığının formalaşdırılması, eləcə də Azərbaycançılıq məfkurəsinin təbliğ edilməsidir.