"Novruz gəlir, Yaz gəlir"
Martın 15-də Novruz bayramı ərəfəsində məktəbin həyətində "Novruz gəlir, Yaz gəlir" adlı tədbir keçirildi.
"Dəyərlərimizi qoruyaq!" layihəsi çərçivəsində məktəbin musiqi müəllimi Nigar Tağıyevanın təşkilatçılığı ilə keçirilən tədbirdə 5-10-cu sinif şagirdləri fəal iştirak edərək baharın təravətli nəfəsini özü ilə gətirən Novruz bayramına aid şeirlər səsləndirib, kollektiv və fərdi olaraq musiqilər ifa etmiş, maraqlı səhnəciklər, rəqslər nümayiş etdirmişlər.
Novruzun rəmzi sayılan Kosa, Keçəl, Bahar qızının çıxış və rəqsləri maraqla izlənildi.
Bayram şənliyi məktəb rəhbərliyi, müəllim və şagirdlərin tonqal ətrafında "Yallı" rəqsi ilə başa çatıb.