Torpaq çərşənbəsi qeyd olundu
Martın 14-də İlaxır çərşənbələrdən olan Torpaq çərşənbəsi münasibətilə məktəbin 2 "B" sinfində tədbir keçirildi.
İbtidai sinif müəllimi Qənirə Həsənova tərəfindən təşkil olunan tədbirdə məktəbin direktoru Xəyalə Qasımova, psixoloqu Məlahət Qasımlı da iştirak edib.
Tədbirdə şagirdlər fəal iştirak edərək, Novruz adət -ənənələrini əks etdirən maraqlı səhnəciklər, Novruz bayramına aid şeirlər söyləyib, mahnılar oxuyub, milli rəqslər nümayiş etdiriblər.
Sonda şagirdlər Novruzun digər rəmzlərindən olan boyanmış yumurta döyüşdürüblər.
Tədbirin keçirilməsinin əsas məqsədi xalqımızın adət-ənənələrini yaşatmaq, bayram adətlərini yeni nəslə ötürmək, şagirdlərin milli ruhda yetişdirilməsini təmin etməkdir.