Novruz adət-ənənələri
Martın 13-də "Dəyərlərimizi qoruyaq!" layihəsi çərçivəsində məktəbin 2 "C" sinfində Xıdırzadə Elnurə müəllimin təşkilatçılığı ilə "Novruz bayramının adət-ənənələri" mövzusunda tədbir keçirildi.
Tədbirdə məktəbin direktoru Xəyalə Qasımova, təlim-tərbiyə işləri üzrə direktor müavini Səidə Ağamalıyeva, məktəbin psixoloqu Məlahət Qasımlı da iştirak edib.
Şagirdlər Novruz bayramının yaranma tarixi, adət-ənələri, novruz çərşənbələrinin mahiyyəti haqqında məlumat veriblər.
Kosa və Keçəldən maraqlı səhnəcik nümayiş olunub.
Tədbirin sonunda şagirdlər rəngli yumurta döyüşdürüblər.