Esse yazı və təqdimat müsabiqəsinin nəticələri elan olundu

Martın 3-də "İdman həftəsi" çərçivəsində II-XI siniflər arasında "Mübariz ,iradəli və sağlam olmaq üçün idmanla məşğul olmalıyıq" mövzusunda  esse yazı,  V-XI siniflər arasında "İnsan həyatında idmanın rolu, idmanla məşğul olmağın faydaları" mövzusunda təqdimat müsabiqəsinin qalibləri müəyyən olundu.
Esse yazı müsabiqəsində I yerə məktəbin 7 "A" sinif şagirdi İsgəndərova Rahilə, II yerə 10 "A" sinif şagirdi Mustafayeva Nəzifə, III yerə 10 "A" sinif şagirdi Seyfullayeva Zabitə layiq görülüb.
Təqdimat müsabiqəsinin nəticələrinə əsasən I yerə məktəbin 10 "A" sinif şagirdi Seyfullayeva Rumiyyə, II yerə 7 "A" sinif şagirdi İsmayılova Fatimə layiq görülüb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi