"Xocalı soyqırımını unutma!" adlı "Dəyirmi masa"
Fevralın 23-də Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı "Xocalı soyqırımını unutma!" adlı dəyirmi masa keçirilib.
İlk öncə faciə qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra tədbiri giriş sözü ilə məktəbin tarix müəllimi Hikmət Qasımov açaraq Xocalı faciəsi haqqında geniş məlumat verdi.
Dəyirmi masada iştirak edən 10 "A" sinif şagirdlərinin çıxışları dinlənildi.
Daha sonra məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Səidə Ağamalıyeva çıxışı zamanı "Xocalı soyqırımından 31 il ötsə də, onun ağrı-acıları qəlbimizdə yaşayır. Ermənilərin Xocalının dinc sakinlərinə qanlı divan tutmalarının dəhşətləri yaddaşlardan silinməyib və heç zaman silinməyəcək" deyə vurğuladı.
Sonda məktəbin psixoloqu Məlahət Qasımlı çıxış edərək Xocalı soyqırımını unutmağın olduqca çətin olduğunu söyləyib. Bu tarixi hər bir vətəndaşın xüsusilə gənclərin bilməsini tövsiyə edib.