"Mənim doğma dilim" adlı tədbir
Bu gün 21 Fevral -Beynəlxalq Ana dili günü münasibətilə 5 A sinif şagirdlərinin iştirakı ilə
"Mənim doğma dilim" adlı tədbir keçirildi.
Tədbir Azərbaycan Dövlət himninin səsləndirilməsi ilə başlanıldı.
Azərbaycan dili müəllimi Almara Həsənovanın təşkilatçılığı ilə keçirilən tədbirdə ilk öncə bu günün təsis olunması haqqında məlumat verilib.
Tədbirdə şagirdlər Ana dilimizə həsr edilən şeirlər, müdrik kəlamlar, dialoqlar, aforizmlər və mahnılar səsləndirdilər.
Ana dili haqqında onun gözəlliyi ,ahəngdarlığı, saflığı, zənginliyi haqqında fikirlər söylənildi.
Daha sonra 10 B sinif şagirdi Behbudov Vaqif "Yaşa Azərbaycan" mahnısını ifa etdi.
Məktəbin direktoru Xəyalə Qasımova çıxışı zamanı doğma dilin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirmək hər bir azərbaycanlının müqəddəs borcu olduğunu, həmçinin Ana dilinin insanın mənəvi aləminin zənginləşməsində, mükəmməl təhsil almasında mühüm rol oynadığını vurğuladı.O, çıxışını tədbir iştirakçılarına təşəkkürünü bildirərək sonlandırdı.