İbtidai siniflərdə növbəti monitorinq
Fevralın 20-də məktəbin fəaliyyət planına əsasən 1-ci siniflərdə Azərbaycan dili və riyaziyyat fənləri üzrə monitorinq keçirildi.
Monitorinq məktəbin direktoru Xəyalə Qasımova və ibtidai siniflər üzrə metodbirləşmə rəhbəri Tərlan Həsənlinin nəzarəti ilə keçirilib.
Monitorinqin təşkilində məqsəd fənlərin tədrisi keyfiyyətini yoxlamaq, təhsildə daha yüksək nəticələr əldə etmək, ibtidai siniflərdə Azərbaycan dili və riyaziyyat fənlərinin tədris keyfiyyətinin yüksəldilməsinə nail olmaqdır.