"Ən yaxşı təqdimat" müsabiqəsinin məktəbdaxili mərhələsi
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin F-709 və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin qəbul etdiyi F-218 nömrəli əmrinə əsasən "Ən yaxşı təqdimat" müsabiqəsinin məktəbdaxili mərhələsi keçirildi.
Məktəbin direktoru Xəyalə Qasımova, təlim-tərbiyə işləri üzrə direktor müavini Səidə Ağamalıyeva, məktəbin Azərbaycan dili müəllimi Almara Həsənovanın iştirakı ilə 9-11-ci sinif şagirdlərinin çıxışları dinlənildi.
Müsabiqənin şəhər mərhələsinin qaydaları, müsabiqə mövzuları qiymətləndirmə meyarları haqqında şagirdlərə məlumat verildi.
Şagirdlərin arasında ən yaxşı çıxış edən səs çoxluğu ilə qəbul edildi.
Məktəbin 10-cu sinif şagirdi Mustafayeva Müşkünaz müsabiqənin növbəti mərhələsində iştirak etmək hüququ qazandı.
Şagirdimizə növbəti mərhələdə uğurlar arzu edirik.