Pedaqoji Şuranın növbəti iclası keçirilib
31 yanvar 2023-cü il tarixində məktəbin Fəaliyyət planına əsasən Pedaqoji Şuranın növbəti iclası keçirildi.
Məktəbin direktoru Xəyalə Qasımova pedaqoji kollektivi salamladıqdan sonra gündəlikdə duran məsələlərlə, yarımil ərzində keçirilən monitorinqlərin nəticələri ilə tanış etdi.
Daha sonra məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Səidə Ağamalıyeva çıxış edərək II- XI siniflərin 1-ci yarımil üzrə təlim nəticələri, görülən işlər haqqında hesabatlarını təqdim etdi.
Məktəbin psixoloqu Məlahət Qasımlı məktəb və məktəbdənkənar keçirilən tədbirlər haqqında hesabatını təqdim etdi.
Daha sonra iclas 2-ci yarımildə qarşıda duran vəzifələr və cari məsələlərin müzakirəsi ilə başa çatdı.