20 Yanvar faciəsinin otuz üçüncü ildönümünə həsr olunan "Dəyirmi masa"
Bu gün məktəbimizdə 20 Yanvar faciəsinin otuz üçüncü ildönümünə həsr olunan "Dəyirmi masa" keçirilib.
"Dəyirmi masa"da məktəbin direktoru Xəyalə Qasımova, psixoloqu Məlahət Qasımlı, tarix müəllimi Hikmət Qasımov, 10 A sinif şagirdləri iştirak ediblər.
Tədbir Azərbaycanın müstəqilliyi, ərazi bütovlüyü uğrunda canından keçən bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə giriş sözü ilə çıxış edən tarix müəllimi Hikmət Qasımov 33 il bundan əvvəl Azərbaycan xalqının yaddaşına qanlı hərflərlə yazılmış 20 Yanvar faciəsinin, eyni zamanda, Azərbaycan xalqının milli qürur və şərəf tarixi olduğunu qeyd edib.
Daha sonra məktəbin direktoru Xəyalə Qasımova çıxışı zamanı 20 Yanvar hadisələrinin Azərbaycan xalqının milli mənlik şüurunun yüksəkliyini və yenilməzliyini bir daha sübut etdiyini vurğulayıb. 20 Yanvar hadisələrinin gənc nəslə çatdırılmasında qarşıda duran vəzifələrdən bəhs edib.
Daha sonra şagirdlərin otuz üç il əvvəl Azərbaycan xalqının milli azadlıq mübarizəsini boğmaq məqsədilə dinc əhalimizə qarşı törədilmiş amansız və dəhşətli qətliamın müxtəlif aspektlərindən bəhs edən çıxışları dinlənilib, mövzu ətrafında müzakirələr aparılıb.
Allah bütün şəhidlərimizə rəhmət etsin!