"Qan yaddaşımız"-20 Yanvar faciəsi
Yanvarın 17-də məktəbin kitabxanasında 20 Yanvar faciəsinin otuz üçüncü ildönümü ilə bağlı məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Almara Həsənovanın təşkilatçılığı ilə "Qan yaddaşımız" adlı tədbir keçirildi.
Tədbirdə məktəbin direktoru Xəyalə Qasımova, təlim-tərbiyə işləri üzrə direktor müavini Səidə Ağamalıyeva iştirak edirdi. Tədbir Azərbaycan Dövlət himninin səsləndirilməsi ilə başlanıldı.
İlk öncə Həsənova Almara müəllimə çıxış edərək sözü tədbirdə iştirak edən məktəbin şagirdlərinə verdi.
Şagirdlər 20 Yanvar hadisəsi ilə bağlı öz fikirlərini söylədilər. Fidan balalar şeirlər söylədilər. Almara müəllimə bir daha faciə ilə bağlı çıxış edərək Azərbaycan xalqının tarix boyu bir çox sınaqlardan qalibiyyətlə çıxdığını, düşmənlərin məkrli planları ilə üz-üzə qaldıqları, mübarizələrlə dolu illəri, qanlı-qadalı səhifələri haqqında çıxış etdi.
Daha sonra məktəbin direktoru Xəyalə Qasımova xalqımızın azadlığı uğrunda, müstəqilliyi uğrunda mübarizə aparması haqqında çıxış etdi. Azərbaycan xalqının güclü ordusu olan zəngin bir ölkə olduğunu vurğuladı.
Tədbirimiz Xəyalə müəllimənin çıxışı ilə bitdi.