Növbəti monitorinq keçirildi
27 dekabr 2022-ci il tarixində Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən təqdim olunmuş tapşırıqlar əsasında məktəbin 7-ci və 9-cu siniflərində Azərbaycan dili, riyaziyyat, ingilis dili fənləri üzrə monitorinq keçirildi.
Məqsəd 7-ci siniflərdə müvafiq fənlər üzrə bilik səviyyəsinin, 9-cu siniflərdə isə buraxılış imtahanlarına hazırlıq vəziyyətinin müəyyənləşdirilməsidir.
Monitorinq məktəb rəhbərliyi tərəfindən izlənildi.