Oxuyub anlama vərdişlərinin monitorinqi davam edilib
Məktəbin Fəaliyyət planına əsasən 16 dekabr 2022-ci il tarixində şagirdlərin oxuyub anlama, sərbəst fikir yürütmə bacarıqlarının inkişaf dinamikasını izləmək məqsədilə 2-ci və 3-cü siniflər üzrə oxuyub anlama vərdişləri yoxlanıldı.
Şagirdlərdə yazılı mətnlər üzərində sərbəst işləmə, söz ehtiyatının zəngiləşdirilməsi, oxu texnikasının artırılması vərdişlərinin səviyyəsi öyrənildi.
Monitorinq məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Səidə Ağamalıyeva və məktəbin psixoloqu Məlahət Qasımlı, ibtidai siniflər üzrə metodbirləşmə rəhbəri Tərlan Həsənli tərəfindən izlənildi.