Özünəhörmət hissinin öyrənilməsi
Məktəbin psixoloqunun Fəaliyyət planına əsasən şagirdlərin yaş xüsusiyyətlərini və şəxsi keyfiyyətlərinin nəzərə almaqla onları fərdi yanaşma prinsipinə istiqamətləndirmə üzrə maarifləndirmə işi təşkil olunub. Məktəbin psixoloqu Məlahət Qasımlı tərəfindən təşkil olunmuş maarifləndirmə işində 10 "C" sinif şagirdləri iştirak ediblər. Şagirdlər Rozenberq üsulu ilə verilən sualları cavablandırıblar. Məqsəd şagirdlərdə özünəhörmət hissinin öyrənilməsi olub.