1 dekabr - Ümumdünya QİÇS-lə mübarizə günüdür
Dekabrın 1-də məktəbin biologiya müəllimi Esmira İbrahimova tərəfindən Ümumdünya QİÇS-lə mübarizə günü ilə bağlı 10-cu sinif şagirdlərinin iştirakı ilə maarifləndirici söhbət aparılıb.
İnsanın İmmunçatışmazlığı Virusu (İİV)/QİÇS-lə bağlı təşkil olunan söhbətdə xəstəliyin tarixi, yoluxma yolları, profilaktikası, müayinəsi və müalicəsi barədə ətraflı məlumat verilib.
Bildirilib ki, diqqətsizlik, laqeydlik, biganəlik, pis vərdişlərə meyllilik QİÇS-ə yoluxma riskini artıra bilər. QİÇS-in yaranma səbəbləri, o cümlədən onunla mübarizə haqqında geniş məlumat verib.
Daha sonra şagirdləri maraqlandıran suallar cavablandırılıb.
Məqsəd insan sağlamlığına ciddi təhlükə olan İnsanın İmmunçatışmazlığı Virusunun (İİV) ölkəmizdə yayılmasının qarşısını almaq, şagirdləri sağlam həyat tərzi barədə məlumatlandırmaq idi.