Əhməd Cavadın 130 illik yubileyi ilə əlaqədar tədbir keçirildi
25 noyabr 2022-ci il tarixində Azərbaycanın görkəmli şairi Əhməd Cavadın 130 illik yubileyi ilə əlaqədar məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Almara Həsənova tərəfindən 7-ci sinif şagirdlərinin iştirakı ilə tədbir keçirildi.
Tədbirdə məktəbin direktoru Xəyalə Qasımova, təlim tərbiyə işləri üzrə direktor müavini Səidə Ağamalıyeva, məktəbin psixoloqu Məlahət Qasımlı, Azərbaycan dili və ədəbiyyat müəllimi Vahid Əsgərov iştirak edirdilər.
Tədbir sözləri böyük şair Əhməd Cavada məxsus olan Azərbaycan Respublikası Dövlət himninin səsləndirilməsi ilə başlanıldı.
Tədbirdə istiqlal şairi Əhməd Cavadın həyat və yaradıcılığı, haqsız yerə xalq düşməni damğası vurulan şairin keçdiyi əzab-əziyyətli həyat tərzi haqqında fikirlər söylənildi. Eyni zamanda böyük şair Əhməd Cavadın ömrünün sonuna qədər milli istiqlal ideyalarına sadiq qalaraq, hüquqları çeynənən bir ölkənin haqq səsi olmasından danışılaraq, təqiblərin, məhbəs və işgəncələrin onun iradəsini qıra bilməməsi və şairin bir dəfə də olsun xalqına, eləcə də qələminə xəyanət etməməsindən bəhs edilib.
Şagirdlər Əhməd Cavadın şeirlərini səsləndirdilər, onun sözlərinə bəstələnmiş mahnılar oxudular.
Azərbaycan və türk dünyasının milli şairi kimi sevilən Ə.Cavadın "Çırpınırdı Qara dəniz" şeirinə dahi bəstəkar Üzeyir Hacıbəyovun bəstələdiyi musiqi məktəbin 10 b sinif şagirdi Behbudov Vaqif tərəfindən ifa olundu.