"Erkən nikaha yox deyək!" mövzusunda valideynlərlə söhbət aparılıb
Noyabrın 24-də məktəbin psixoloqu Məlahət Qasımlı tərəfindən bir qrup valideynlərlə "Erkən nikaha yox deyək!" mövzusunda maarifləndirici söhbət aparılıb.
Söhbət zamanı erkən nikahın qızlarda yaratdığı fiziki və psixoloji fəsadlarla yanaşı, təhsildən yayınma və digər hüquq pozuntuları barədə məlumat verilib.
Tədbir daha sonra müzakirələr şəklində davam edib.