"Bərk məişət tullantıların idarə edilməsi" mövzusunda söhbət aparılıb
Noyabrın 23-də "Bərk məişət tullantıların idarə edilməsi" mövzusunda məktəbin Ekokönüllüləri və coğrafiya müəllimi Fidan Əbdüləlizadə tərəfindən 7"ç",8"a", "8b" siniflərində maarifləndirici xarakterli söhbət aparılıb.
Söhbət zamanı şagirdlərə əhalinin həyat fəaliyyəti nəticəsində əmələ gələn əşya, maddə və materiallar toplusu olan bərk tullantıların çeşidlənərək idarə edilməsi sisteminin təşkilindən bəhs olunub.Eyni zamanda tullantı materiallarından təkrar xammal əldə edilməsinin ekoloji və iqtisadi baxımından əhəmiyyətindən danışılıb.