"Zəfərə doğru" adlı "Dəyirmi masa" keçirildi
Noyabrın 4-də məktəbimizdə 44 günlük Vətən müharibəsinin bir qrup iştirakçıları və qaziləri ilə görüş keçirilib.
Məktəb rəhbərliyinin təşəbbüsü ilə təşkil edilən görüş "Zəfərə doğru" adlı "Dəyirmi masa" ətrafında keçirildi.
Görüşün keçirilməsində məqsəd Vətən müharibəsində yaralanmış qazilərimizi, onların göstərdikləri igidlik və şücaəti uşaq və gənclərə tanıtmaq, onları vətənə məhəbbət ruhunda tərbiyə etməkdən ibarət olub.
Dəyirmi masada iştirak edən qazilər, o cümlədən müəllimlər çıxışlarında Vətən müharibəsində Azərbaycanın əldə etdiyi şanlı Qələbədən, Ordumuzun göstərdiyi şücaətlərdən danışıb, vətənimizin bütövlüyü uğrunda canlarını fəda edən igidlərimizin şəhadətin uca məqamında olduğunu qeyd ediblər.
Tədbirin sonuna yaxın X sinif şagirdlərinin çıxışları dinlənildi.