Zəfər Gününə həsr olunan interaktiv dərs
Noyabrın 3-də məktəbin 9 "a" sinfində 8 noyabr- Zəfər Günü ilə bağlı interaktiv dərs keçirildi.
Məktəbin tarix müəllimi Aynur Həsənova tərəfindən keçirilən dərsdə məktəbin direktoru Xəyalə Qasımova, psixoloqu Məlahət Qasımlı, tarix müəllimi Hikmət Qasımov da iştirak ediblər.
Dərsin əvvəlində şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Daha sonra Zəfər Günü ilə bağlı nümayiş olunan videoçarx izlənilib.
Dərsdə əzəli torpaqlarımız uğrunda ədalətli mübarizənin şanlı qələbəsi, 30 il təcavüzkar düşmən tərəfindən qurulan sədlər 44 gün ərzində sarsıdıcı zərbələrlə məhv edilməsi haqqında şagirdlərin çıxışları dinlənildi.
Dərsin sonunda məktəbin direktoru X.Qasımova çıxış edərək xalqımızın tarixinə qızıl hərflərlə yazılan Zəfər Gününün qəhrəmanlıq, birlik, əzmkarlıq nümunəsi, eyni zamanda ədalətin bərqərar olduğu, 30 illik həsrətin vüsala qarışdığı, sevinc və kədər göz yaşlarının qoşa axdığı gün olduğunu vurğuladı. O, çıxışını "Bəli, şəhidlərimizə görə kədərlənir, onların ruhu qarşısında baş əyirik." sözləri ilə yekunlaşdırdı.
Tarix müəllimi Hikmət Qasımov çıxış edərək, bizim bu müharibəni şəhidlərimizin canı-qanı bahasına, hərbiçilərimizin rəşadəti, dövlətimizin siyasəti hesabına qazandığımızı vurğuladı.
M.Qasımlı isə "Bu tarix qürurun, milli ləyaqətin təntənəsi olaraq ürəyimizdə əbədi yaşayacaq." fikri ilə çıxış edib.