"Hekayəni paylaş" videotəqdimat müsabiqəsinin məktəb mərhələsinin qalibi

Şagirdlərdə özünüifadə bacarığının təkmilləşdirilməsi, ingilis dilində səlis və düzgün danışıq səriştəsinin inkişaf etdirilməsi məqsədi ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən "Hekayəni paylaş"("Share your story") videotəqdimat müsabiqəsinin məktəb mərhələsinə yekun vurulub.
 Məktəbin ingilis dili müəllimlərindən Ləman  Mahmudova , Tərlan Rüstəmova, Nigar Talıbovanın iştirak etdiyi münsiflər heyəti tərəfindən videotəqdimatlar qiymətləndirilib.
Müsabiqənin ilk mərhələsinin nəticəsinə əsasən 11"b" sinif şagirdi Qənbərli Şəms növbəti mərhələyə vəsiqə qazanıb.
Şagirdimizə final mərhələsində uğurlar arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi