"Beynəlxalq Məktəb Kitabxanaları Günü" münasibətilə tədbir

  Oktyabrın 21-də məktəbin kitabxanasında 22 oktyabr- “Beynəlxalq Məktəb Kitabxanaları Günü” münasibətilə tədbir keçirilib.
Tədbirdə ilk öncə məktəbin kitabxana müdiri Vüsalə İsmayılova  şagirdlərə məktəb kitabxanası, onun fondu haqqında məlumatlar verdikdən  sonra kitabxana və kitabların yaranması,  zəmanəmizədək bu kitabxanaların keçdiyi inkişaf yolu barədə  danışıb.
Daha  sonra  7-ci sinif şagirdləri amerikalı yazıçı Elinor Porterin Polianna əsərinin müzakirəsində iştirak ediblər.
  Məktəbin direktoru Xəyalə Qasımova kitabxanaların elmin, təhsilin, mədəniyyətin inkişafında mühüm rol oynadığını vurğulayıb. Şagirdlərin mütaliəyə olan diqqətinin artırılması, yeniyetmə və gənclərin oxu vərdişlərinin daha da inkişaf etdirilməsi və kitabın gündəlik həyatımızın bütün sahələrinə daxil olmasında kitabxanaların rolundan bəhs edərək, şagirdlərə hər zaman kitablardan faydalanmağı tövsiyə edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi