Məktəbli Ekokönüllülərin "Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı" sərgisində iştirakı

Elm və Təhsil Nazirliyi tərəfindən elan edilən Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI qrant müsabiqəsi çərçivəsində həyata keçirilən  “Məktəbli EKOkönüllü” layihəsinin məktəbimizdən olan iştirakçıları  oktyabrın 20-də “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin dəstəyi ilə  2-ci Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” sərgisində iştirak edib.
İştirak çərçivəsində “Təmiz Şəhər” ASC  stendində  olan məktəblilərə Cəmiyyətin şöbə müdiri Orxan Cabbarov və əməkdaşları tullantıların idarə olunması ilə bağlı maarifləndirici söhbət aparıb.
Daha sonra Türkiyənin öndə gələn bir sıra şirkətlərinin stendini ziyarət edən Məktəbli Ekokönüllülərə şirkətin məhsulları, təkrar emalın iqtisadiyata və ətraf mühitə verəcəyi töhfələrlə bağlı, tullantıların düzgün idarə olunması və çeşidlənməsinin Türkiyə təcrübəsi ilə bağlı geniş məlumat verilib, bu təcrübəni əks etdirən məlumat vərəqələri paylanılıb.
Şirkət rəhbərlikləri tərəfindən məktəblilərə xüsusi geyim və dəftərxana ləvazimatları hədiyyə edilib. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi