18 oktyabr - Müstəqilliyin Bərpası Günü qeyd olundu
18 oktyabr - Müstəqilliyin Bərpası Gününə həsr olunmuş "Dəyirmi masa", xüsusi dərslər keçirilib.
Məktəbin X sinif şagirdlərinin iştirakı ilə keçirilən "Dəyirmi masa" da ilk öncə ümummilli lider Heydər Əliyevin və müstəqilliyimizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra məktəbin tarix müəllimi Hikmət Qasımov bu gün barədə ətraflı məlumat verərək, xalqımızın müstəqillik uğrunda qanlı, əzablı və istiqlal yolundan danışıb, o cümlədən şagirdlərin bu əlamətdar gün haqqında çıxışları dinlənilib.
Məktəbin direktoru Xəyalə Qasımova çıxışı zamanı Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanın dövlət müstəqilliyinin getdikcə daha da möhkəmləndiyini vurğulayıb.
Bu əlamətdar günə həsr olunmuş xüsusi dərslərdə şagirdlər Vətən müstəqillik mövzularında şeirlər söyləyib, "Müstəqilliyimiz əbədidir" , "Yaşasın Azərbaycan!" kimi şüarlar səsləndiriblər.