Coğrafiya dərsindən interaktiv dərs
Oktyabrın 13-də məktəbin 7 b sinfində Coğrafiya fənnindən interaktiv dərs təşkil olunub.
Məktəbin coğrafiya müəllimi Fidan Əbdüləlizadə tərəfindən tədris olunan dərsi daha maraqlı, əyləncəli və öyrədici formada təşkil etmək məqsədi ilə müxtəlif interaktiv alətlər, tədris məzmunlu resurslar təqdim olunub.
Şagirdlər fəallıq göstərərək dərsin məqsədinə uyğun olan miqyasın növlərinin xüsusiyyətlərini izah edib, o cümlədən xəritənin miqyasını təyin edərək bilik və bacarıqlara yiyələniblər.