Məktəbli EKOkönüllülərin beynəlxalq elmi-praktiki konfransın açılış mərasimində iştirakı
Oktyabrın 12-də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Yıldız Texnik Universitesi, AETN İdarəetmə Sistemləri İnstitutu və Beynəlxalq Texniki Strateji İdarəetmə və İdarəçilər Dərnəyinin birgə təşkilatçılığı, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin təşəbbüsü ilə “Yaşıl iqtisadiyyat və ekoloji imperativlərə doğru yol: yeni çağırışlar, imkanlar və perspektivlər” mövzusunda beynəlxalq elmi-praktiki konfrans öz işinə başlayıb.
Təhsildə inkişaf və innovasiyalar üzrə VI Qrant Müsabiqəsi çərçivəsində həyata keçrilən “Məktəbli Ekokönüllü” layihəsinə cəlb olunan, məktəbimizin EKOkönüllüləri Aşirova Ayşə, Məmmədov Nihat da açılış mərasimində iştirak edib.
Qala qəsəbəsində yerləşən “Tullantıdan Sənətə” muzeyinə aid eksponatları təqdim edən Məktəbli EKOkönüllülər yaradıcılıq nümunələri haqqında qonaqlara ətraflı məlumat veriblər.