Məktəbin Kiçik Akademiyasının fəaliyyətinin yekununa dair tədbir keçirilib
İyunun 9-da məktəbin Kiçik Akademiyasının (KA-nın) 2021-2022-ci tədris ilinin II yarımil üzrə fəaliyyətinin yekununa dair tədbir keçirildi.
Tədbirdə məktəbin direktoru Xəyalə Qasımova, tərbiyə işləri üzrə direktor müavini Məlahət Qasımlı, hərbi rəhbər İxtiyar Behbudov, KA-nın prezidenti Əbdüləlizadə Fidan, fizika-riyaziyyat bölməsinin rəhbəri Almaz Hacıyeva, təbiət bölməsinin rəhbəri Məleykə Hümmətova, 9-11-ci sinif şagirdləri iştirak etmişdir.
KA-nın üzvləri 11 b sinif şagirdlərindən Vüsal Əhmədovun və İlkin Həsənovun təqdimatları tədbir iştirakçıları tərəfindən maraqla dinlənilib.
Belə ki, KA üzvü, o cümlədən RFO fizika fənni üzrə 3-cü yeri qazanan Vüsal Əhmədov "Elektromaqnit induksiya(naqilsiz ötürmə)", Həsənov İlkin isə "Triqonometriyanın tətbiqi" mövzusunda tədqiqat işlərini təqdim etdilər.
Sonda məktəbin direktoru Xəyalə Qasımova tədris ili üzrə KA -nın rəhbərliyinin fəaliyyətini qənaətbəxş hesab etdi, fizika-riyaziyyat bölmə rəhbəri Almaz müəllimi və üzvlərinə il ərzində fəal çıxışlarına görə təbrik etdi, eyni zamanda KA-nın digər bölmələrinin gələcək fəaliyyətində uğurlar arzuladı.