"Bizim hüquqlarımız" adlı "Dəyirmi masa" keçirildi
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin müraciətinə əsasən ölkədə 18 may- 18 iyun tarixlərində “İnsan Hüquqları Aylığı” elan olunmuşdur.
Hər il olduğu kimi, bu ilki aylığın keçirilməsinin əsas məqsədi insan hüquqlarının müdafiəsi və təbliği sahəsində maarifləndirici tədbirlərin aparılmasıdır. Bununla əlaqədar olaraq məktəbimizdə 8 iyun tarixində Uşaq Birliyi Təşkilatı rəhbəri Suğra Quliyeva tərəfindən IX-X sinif şagirdlərinin iştirakı ilə “ Bizim hüquqlarımız” adlı dəyirmi masa keçirildi. Dəyirmi masada məktəbin tərbiyə işləri üzrə direktor müavini Məlahət Qasımlı, məktəbin coğrafiya müəllimi Fidan Əbdüləlizadə iştirak edirdi.
Dəyirmi masada insan hüquqlarının yaranma tarixindən, günümüzdəki aktual məsələlərlə bağlı maarifləndirici çıxışlar edildi.
Sonda şagirdləri düşündürən bir neçə məsələyə aydınlıq gətirildi.