"İİV və QİÇS nədir?" mövzusunda maarifləndirmə işi aparıldı
Mayın 24 -də məktəbin biologiya müəllimi Esmira İbrahimova tərəfindən "İnsanın immun çatışmazlığı virusu (İİV) və Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) nədir?" mövzusunda maarifləndirmə işi aparılıb.
Məktəbin X-XI sinif şagirdlərinin iştirak etdiyi tədbirdə Qazanılmış İmmun Çatışmazlığı Sindromunun (QİÇS) ilk mərhələsi olan İİV-lə bağlı ölkəmizdə mövcud vəziyyəti, gənclər arasında bu xəstəliyin yayılma təhlükəsi, virusdan qorunmanın əsas yollarını diqqətə çatdıran E.İbrahimova qeyd edib ki, bu virusa yoluxmuş insanlar immunitetin kəskin zəifləməsi nəticəsində bir çox xəstəliklərə asanlıqla tutulur və nəticədə ölüm riski artır. Həmçinin, İİV-infeksiyasının diaqnostikası, müalicəsi və profilaktikası haqqında məlumat verilib.