Məktəbimizin RFO final mərhələsi üzrə ilk uğuru

  Qürur və fəxarət hissi ilə nəzərə çatdırmaq istəyirik ki, məktəbimiz 11b sinif şagirdi Vüsal Əhmədov  Respublika Fənn Olimpiadalarının fizika fənni üzrə bürünc medala layiq görülmüşdür.
     2007-2008 tədris ilindən fəaliyyətə başlayan məktəbin bir çox uğurları olsa da, Respublika səviyyəsində ilk qürurverici nəticəsidir.

2021-2022 tədris ilindən məktəbimizdə yaradıcı və sağlam mühitin yaradılması təhsil sahəsinə öz  müsbət təsirini göstərmiş oldu. Belə mühitdə istər pedaqoji kollektiv, istərsə də şagirdlərin dərslərinə daha məsuliyyətli yanaşırlar. Bu yanaşma gələcəkdə də bu cür uğurların qazanılması üçün mühüm başlanğıcıdır. Fənn müəllimləri və məktəb rəhbərliyinin tədris prosesində şagirlərə qarşı tələbkarlığı, eyni zamanda müəllim və şagird arasında qurulan səmimi münasibət belə uğurların davamlı olacağına təminatdır.Yalnız belə sağlam mühitdə Vüsal Əhmədov kimi bilikli şagirdlər yetişdirmək olar. Almaz müəllimə xüsusi təşəkkür edir və neçə belə şagirdlərin yoluna işıq olacağına inanırıq.

  Sonda 323 məktəb kollektivi  olaraq bunu arzu edir və inanırıq ki, Vüsal Əhmədov kimi yetirmələrimiz axırıncı yox, axarıncı olacaq, çünki istər rəhbərlik, istərsə də pedaqoji kollektiv uğurların davamı üçün daim böyük səylə çalışır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi