"Tarixi şəxsiyyət, əbədiyaşar Lider" adlı "Dəyirmi masa" keçirildi
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə mayın 6-da məktəbin UBTR-i Suğra Quliyevanın təşkilatçılığı ilə məktəb rəhbərliyinin, tarix müəllimi Aynur Həsənovanın, 10-cu sinif şagirdlərinin iştirakı ilə "Tarixi şəxsiyyət, əbədiyaşar Lider" adlı "Dəyirmi masa" keçirildi.
Tədbirdə məktəbin direktoru Xəyalə Qasımova müstəqil Azərbaycan dövlətinin qurucusu, Azərbaycan dövlətçiliyinin siyasi, iqtisadi əsaslarını yaratmış, xalqın müstəqil və güclü dövlətə sahib olmaq arzusunu reallığa çevirmiş, çağdaş tariximizdə əbədiyaşarlıq qazanan lider-Heydər Əliyevin Azərbaycan tarixində müstəsna rolu barədə çıxış edib.
Daha sonra "Dəyirmi masa" iştirakçıları ulu öndər Heydər Əliyevin mənalı həyat yolundan, onun dövləti, milləti üçün misilsiz xidmətlərindən bəhs etdilər.