Pedaqoji Şuranın növbəti iclası keçirildi
Mayın 5-də Pedaqoji Şuranın növbəti iclası keçirildi.
Məktəbin direktoru Xəyalə Qasımova iclası açıq elan edərək gündəlikdə duran məsələləri iclas iştirakçılarına elan etdi.
1.Təhsilin keyfiyyətinin, dərsə davamiyyətin gücləndirilməsi
2.Fənn aylıqları, açıq dərslər, onların keçirilmə vəziyyəti haqqında hesabat
3.Metodbirləşmələrin hesabatları
4.XI siniflərdə buraxılış imtahanlarının nəticələrinin müzakirəsi
5.II-XI siniflərdə BSQ-2 vasitələrinin hazırlanması
6.Cari məsələlərin müzakirəsi
İclasda metodbirləşmə rəhbərlərinin, fənn müəllimlərinin hesabatları dinlənildi.
Qarşıda duran vəzifələrin icrası barədə tapşırıqlar verildi.