Açıq havada dərs təşkil olundu
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 18.04.2022-ci il tarixli F-138 nömrəli əmri ilə həyata keçirilən "Təbiəti qoruyanlar" adlı layihənin keçirilməsi ilə bağlı Tədbirlər Planına uyğun olaraq aprelin 26-da məktəbin 6 b sinfində biologiya dərsi açıq havada təşkil olunmuşdur. Biologiya müəllimi İbrahimova Esmira tərəfindən tədris olunan dərsin məqsədi şagirdlərin canlıların ətraf mühit və bir-biri ilə qarşılıqlı əlaqəsi haqqında bilik və bacarıqları əldə etməsi idi.