"Təbiəti qorumaq borcumuzdur" mövzusunda "Dəyirmi masa" keçirildi

   Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 18.04.2022-ci il tarixli F-138 nömrəli əmri ilə həyata keçirilən "Təbiəti qoruyanlar" adlı layihənin keçirilməsi ilə bağlı Tədbirlər Planına uyğun olaraq aprelin 26-da məktəbin 11b  sinif şagirdlərinin iştirakı ilə "Təbiəti qorumaq borcumuzdur" mövzusunda "Dəyirmi masa" keçirildi.
Tədbirdə  şagirdlər ətraf mühiti çirkləndirən səbəblər, həmçinin ətraf mühitə mənfi antropogen təsirinin azaldılmasına yönələn fəaliyyətlər haqqında fikirlər səsləndirdilər.
   Məktəbin direktoru Xəyalə Qasımova və biologiya müəllimi İbrahimova Esmira çıxışları zamanı təbiətin mühafizəsi, həmçinin ölkəmizin təbii ehtiyatların zənginliyi, qorunması, yaxşılaşdırılması və rasional istifadəsini təmin edən, fəaliyyətlərdən bəhs etmişdirlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi