31 mart- Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş "Dəyirmi masa" keçirildi
31 mart 2022-ci il tarixində 31 mart- Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş "Dəyirmi masa" keçirildi.
Məktəb rəhbərliyinin və 6- cı sinif şagirdlərinin iştirak etdiyi "Dəyirmi masa"da əvvəlcə soyqırım qurbanlarının və torpaqlarımız uğrunda canlarından keçən qəhrəman Vətən övladlarının unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə məktəbin direktoru Xəyalə Qasımova, məktəbin tərbiyə işləri üzrə direktor müavini Məlahət Qasımlı, Uşaq Birliyi Təşkilatı rəhbəri Suğra Quliyeva çıxış edərək, ermənilərin azərbaycanlılara qarşı törətdiyi vəhşiliklər barədə faktlara və tarixi sənədlərə əsaslanan məlumatları diqqətə çatdırıb.
"Dəyirmi masa" da iştirak edən şagirdlər Azərbaycan tarixinin acı səhifəsi kimi yadda qalan bu qəddarlığın , vəhşiliyin səbəbləri və məqsədləri ətrafında geniş məlumatla çıxış etdilər.