"Reproduktiv sağlamlıq" mövzusunda seminarlar keçirildi

Səhiyyə Nazirliyi və Təhsil Nazirliyi arasında olan razılaşmaya əsasən "Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi tərəfindən ümumtəhsil məktəblərinin müəllimləri, eləcə də ayrı-ayrılıqda oğlan və qız şagird qrupları üçün "Reproduktiv sağlamlıq" mövzusunda mütəmadi şəkildə seminarlar təşkil olunur.
    Hazırkı pandemiya şəraiti nəzərə alınmaqla, məktəbə kənar şəxslərin girişi olmadan, o cümlədən xüsusi karantin rejiminə uyğun olaraq
 martın 4 -ü və 9-da məktəbin 6-7-ci siniflərində təhsil alan qızlara məktəbin psixoloqu Məlahət Qasımlı və biologiya müəllimi Esmira İbrahimova tərəfindən "Reproduktiv sağlamlıq nədir?", "Gigiyena və düzgün qidalanma sağlamlığın əsasıdır" mövzularında seminarlar keçirildi.
    Martın 10-da məktəbin 7-ci siniflərində təhsil alan oğlanlara məktəbin psixoloqu M.Qasımlı və fiziki tərbiyə müəllimi Cəfər Ələsgərov ilə birgə  "Zərərli vərdişlər:Siqaret çəkmək, alkoqolizm və narkomaniya" mövzusunda seminar keçirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi