İrəvan Müəllimlər Seminariyasının 140 illiyi münasibətilə "Dəyirmi masa" keçirildi
İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin qeyd edilməsi haqqında Təhsil Nazirliyinin Tədbirlər Planının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Təhsil nazirinin 31.01.2022-ci il tarixli F-43 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər Planının I bəndinə əsasən martın 9-da məktəbin kitabxanasında "Dəyirmi masa" keçirildi.
Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Vahid Əsgərov İrəvan Müəllimlər Seminariyasının Azərbaycan pedaqogika tarixindəki rolundan, seminariyanı bitirənlərin gələcək fəaliyyətindən, o cümlədən məşhur Azərbaycan alimi, tənqidçi və pedaqoqu Firidun bəy Əhmədağa oğlu Köçərlinin İrəvan Müəllimlər Seminariyasının fəaliyyətindəki rolu ilə bağlı məruzə ilə çıxış etdi.
Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Almara Həsənova isə Firidun bəy Köçərlinin bir tənqidçi kimi Azərbaycan ədəbiyyatında görkəmli yazıçı və şairlərin tərcümeyi-halı və yaradıcılığını dünyaya tanıtması haqqında çıxış etdi.