"İdman həftəsi" layihəsi çərçivəsində keçirilən yarışların fəalları təltif olundular
Martın 4-də "İdman həftəsi" layihəsi çərçivəsində məktəbdə keçirilən yarışlarda fəal olan şagirdlər məktəbin direktoru Xəyalə Qasımova tərəfindən diplomlarla təltif olundular.
Qeyd edək ki, martın 2-də siniflər arasında qaçış idman növü üzrə, martın 3-də voleybol və şahmat üzrə yarışlar təşkil olunmuşdur.