Xocalı soyqırımının otuzuncu ildönümünə həsr olunan "Dəyirmi masa" keçirildi

  Fevralın 25-də Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunan "Dəyirmi masa" keçirildi. Əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
  Məktəbin Kiçik Akademiyası çərçivəsində keçirilən tədbiri giriş sözü ilə  məktəbin direktoru Xəyalə Qasımova açıb. O, çıxışı zamanı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın tarixində qanlı hadisənin baş verdiyini qeyd edib. Bildirib ki, erməni caniləri əli silahsız əhaliyə qarşı qəddarlıqla, vəhşiliklə soyqırımı aktını həyata keçiriblər. Xocalı faciəsi təkcə Azərbaycan xalqına qarşı törədilmiş qətliam deyil, insanlığa qarşı törədilmiş bir cinayətdir.
  "Dəyirmi masa"da iştirak edən məktəbin tarix müəllimi Hikmət Qasımov çıxışı zamanı erməni terrorunun tarixi köklərindən danışıb.O deyib ki,erməni terrorçuluğunun hər zaman bizim üçün təhdid obyekti olduğunu unutmamalı, onunla ciddi şəkildə mübarizə aparmalıyıq.
  Məktəbin Kiçik Akademiyasının humanitar bölməsinin rəhbəri ,tarix müəllimi Aynur Həsənova isə çıxışı zamanı söyləyib ki, Xocalı soyqırımından 30 il ötsə də, onun ağrı-acıları qəlbimizdə yaşayır. Azərbaycan xalqı Xocalı faciəsini unutmur və unutmayacaq.
  Daha sonra "Dəyirmi masa"da iştirak edən məktəbin  Kiçik Akademiyasının  üzvləri olan şagirdlərin Xocalı soyqırımı zamanı Xocalı sakinlərinin düşmənin qəfil və amansız hücumuna məruz qalması, yüzlərlə günahsız insanın ən dəhşətli üsul və vasitələrlə qətlə yetirilməsi, əhalinin əksəriyyətinin girov götürülməsini vurğuladılar.
  Sonda məktəbin direktoru X.Qasımova, bu tarixi hər bir vətəndaşın xüsusilə gənclərin bilməsini tövsiyə edərək, eyni zamanda bu hadisələri Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası yolunda, o cümlədən xalqımızın müstəqillik yolunda apardığı mübarizənin əsası kimi, xalqın qəhrəmanlığının, cəsarətinin nümayişi kimi xatırlamağın əhəmiyyətini qeyd etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi