Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar tədbir keçirildi

   25 fevral 2022-ci il tarixində Xocalı faciəsinin 30-cu ildönümü ilə əlaqədar tədbir keçirilib.
  Tədbir iştirakçıları əvvəlcə Xocalı soyqırımı zamanı qətlə yetirilmiş həmvətənlərimizin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
  Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Xəyalə Qasımova Xocalı soyqırımı haqqında məlumat verərək bildirib ki, XX əsrin ən dəhşətli və qəddarcasına törədilmiş soyqırımı cinayəti olan bu hadisə məqsədli şəkildə həyata keçirildilib, yüzlərlə Xocalı sakini, mülki əhali, qadın, uşaq, yaşlılar amansızlıqla qətlə yetirilib.Tədbirdə Xocalı soyqırımı Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrindən biri olduğu vurğulanıb.Təbirdə 6 a sinfinin şagirdləri tərəfindən Xocalı soyqırımı ilə bağlı səhnəcik nümayiş olunub. Eyni zamanda, tədbirdə Məlahət Qasımlının , Azərbaycan dili və ədəbiyyat müəllimi Vahid Əsgərovun, Ayşən Cəfərlinin, Uşaq Birliyi Təşkilatı rəhbəri Suğra Quliyevanın çıxışları dinlənilib. Müəllimlər çıxışında ­Xocalı faciəsinin ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmə və soyqırımı siyasətinin davamı, eyni zamanda, Ermənistanın Dağlıq Qarabağı işğal etmək məqsədilə apardığı işğalçılıq müharibəsinin gedişində dinc əhaliyə qarşı törədilmiş kütləvi qətillərin miqyasca ən dəhşətlisi kimi tarixə yazıldığını diqqətə çatdırıb.

  Tədbirdə məktəb şagirdlərinin ifasında Xocalı soyqırımına həsr olunmuş qəhrəmanlıq və vətənpərvərlik mövzusunda şeirlər səslənmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi