"Xocalı soyqırımını unutma!" adlı rəsm müsabiqəsində şagirdimizin uğuru
Xəzər rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş "Xocalı soyqırımını unutma!" mövzusunda rəsm və inşa yazı müsabiqəsi keçirildi.
Fevralın 23-də Xəzər rayon məktəbləri arasında keçirilən müsabiqədə məktəbin 9 c sinif şagirdi Əhmədzadə Şəhla iştirak edərək, rəsm nominasiyası üzrə 2-ci yerə layiq görülmüşdür.
Şəhlanın məktəbdə təsviri incəsənət müəllimi Aynur Hüseynova olub.
Müəllim və şagirdimizi məktəb rəhbərliyi adından təbrik edirik. Uğurlarının davamlı olmasını arzu edirik.