"Nağıllar aləminə səyahət" adlı tədbir təşkil olundu
21 fevral 2022-ci il tarixində "Nağıllar aləminə səyahət" adlı tədbir təşkil olunmuşdur. Məktəbin 1a və 4 a sinif şagirdləri tərəfindən "Qaraca qız" və "Qoğal" nağılları səhnələşdirildi.
Nağılların və hekayələrin uşaqların inkişafında çox əhəmiyyətli rolu vardır. Nağıllar və hekayələr uşaqların zehni fəaliyyətini gücləndirir.Bu baxımdan "Qaraca qız" və "Qoğal" diqqəti cəlb etmişdir.Qaraca qız hekayəsində özünün aşağı sosial statusuna görə cəmiyyətdə sıxışdırılan bir qızcığazın buna baxmayaraq bütün insanlara məhəbbətlə yanaşması və dostu uğrunda fədakar ölümü oxucularını xeyirxahlığa səsləyir, insanları sosial bölgüyə görə yox, mənəvi zənginliyə görə qiymətləndirməyə çağırır. Şagirdlər Piri baba və Pəricahan obrazının müqayisəsini apararaq özlərində müsbət keyfiyyətləri qabartmağa üstünlük verirlər.
"Qoğal" nağılı da bu baxımdan maraqlıdır. Qoğal qarşısına çıxan dovşanı, canavarı, ayını öz ağlı ilə aldada bilir, amma tülkünün hiyləgərliyinə məğlub olur. Bu da kiçik oxuculara qarşıya çıxa biləcək sınaqlarda daha ehtiyatlı olmağa çağırır. Bu kimi tamaşalar uşaqların dünyagörüşünün artmasında əməlli rol oynayır.