Beynəlxalq Ana Dili Günü qeyd olundu

   21 fevral 2022 -ci il tarixində məktəbin  7a sinfində Beynəlxalq Ana Dili Günü münasibətilə tədbir keçirilmişdir.Tədbirdə Ana dilinin hər bir xalqın, millətin, varlığı, kimliyi və ən böyük mənəvi sərvətlərindən biri olması haqqında müəllim və şagirdlərin fikirləri dinlənilmişdir, o cümlədən Beynəlxalq Ana Dili Gününün tarixi haqqında məlumat verilib.
   Azərbaycan xalqının ümummilli lideri, doğma ana dilinin bilicisi və böyük qayğıkeşi Heydər Əliyevin Ana dili haqqında dediyi:"Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir."
  "Xalqı xalq edən, milləti millət edən  onun  ana dilidir" kimi ifadələr bu gün şagirdlərimizin dilində aforizmə çevrilmişdir.
  Tədbirdə Ana dilimizin müxtəlif tarixi dövrlərdə inkişafı barədə məlumat verilib. Ana dili haqqında 7 a  sinif şagirləri Bayramov Rəsul, Hacıyeva Günel, Fazıyeva Röya tərəfindən şeirlər dinlənilərək, həmçinin Ana dilimizin zənglinliyi, ahəndarlığı ilə bağlı müxtəlif fikirlər səslənmiş, ana dilimizlə bağlı musiqi parçasına yer verilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi