"Elektroliz" mövzusunda təqdimat dinlənildi

17 yanvar 2022-ci il tarixində məktəbin Kiçik Akademiyasının üzvü 11 b sinif şagirdi Heydərli Məhəmməd "Elektroliz" mövzusunda təqdimatla çıxış etdi.
Məktəbin KA-nın Fəaliyyət Planına əsasən keçirilən tədbirdə məktəbin direktoru Xəyalə Qasımova, məktəbin psixoloqu Məlahət Qasımlı, Kiçik Akademiyanın prezidenti Fidan Əbdüləlizadə, vitse-prezidenti Esmira İbrahimova, kimya müəllimləri İbrahim Hüseynov, Məleykə Hümmətova, fizika müəllimi Almaz Hacıyeva, riyaziyyat müəllimləri Ləman Qurbanova, Püstəxanım Məmmədova, KA-nın XI sinif üzrə digər üzvləri iştak ediblər.
Təqdimat zamanı H.Məhəmmədin elektroliz ,həmçinin onun tətbiq sahələri haqqında çıxışı dinlənildi. MKA-nın üzvü H.Məhəmməd tərəfindən natrium-nitrat məhlununun elektroliz prosesi elektron lövhədə təqdim edildikdən sonra  elektroliz aparatında təcrübə aparıldı.
Şagirdin təqdimatı məktəb rəhbərliyi, fənn müəllimləri tərəfindən yüksək qiymətləndirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi