Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olundu

31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə 30 dekabr 2021-ci il tarixində məktəbin 11 b sinif şagirdləri ilə birgə "Dəyirmi masa" keçirildi.
     Tədbirdə  çıxış üçün  ilk söz məktəbin direktoru Xəyalə Qasımovaya verildi. 
O, çıxışı zamanı əsası ümmummili lider Heydər Əliyev tərəfindən qoyulan 31 dekabr- Dünya Azərbaycanlılarının Həmrəylik Günün əhəmiyyəti haqqında məlumat verərək bildirib ki, xalqın birliyini tərənnüm edən bu bayram   dünyanın müxtəlif ölkələrində yaşayan çoxsaylı azərbaycanlıları birləşdirərək onlar arasında birlik və həmrəylik yaratmağa xidmət edir.
      Daha sonra məktəbin tarix müəllimi Aynur Həsənova çıxışı zamanı Azərbaycan Respublikasının müstəqil bir ölkə kimi demokratik, hüquqi bir dövlət olaraq keçdiyi tarix yolundan danışdı.
      Daha sonra şagirdlər çıxış edərək Azərbaycan xalqının həmrəyliyinin təmin olunmasında ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri olduğunu diqqətə çatdırıblar.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi