Müsabiqənin məktəb mərhələsi davam edir

“Aşıq Ələsgər və Azərbaycan folkloru” mövzusunda yaradıcılıq müsabiqəsinin məktəb mərhələsi davam edir.

Ümumi təhsil məktəblərinin VII-X sinif şagirdləri arasında təşkil olunan müsabiqənin I mərhələsində (məktəb mərhələsində) hər məktəbdən nominasiyalar üzrə ən yaxşı şeir, mahnı ifaçıları və yaradıcı iş müəllifləri seçilərək onlar barədə məlumat [email protected]  elektron ünvanına göndərilir.

Müsabiqənin I mərhələsi 1 noyabr 2021-ci il tarixinədək davam edəcək.

Qeyd edək ki, iki mərhələdən ibarət müsabiqə “Şeir”, “Mahnı” və “Yaradıcı iş” olmaqla 3 nominasiya üzrə keçirilir. Hər bir iştirakçı müsabiqəyə yalnız bir nominasiya üzrə qatıla bilər.

2–25 noyabr 2021-ci il tarixlərində keçiriləcək müsabiqənin II-şəhər mərhələsində qaliblər Münsiflər heyəti tərəfindən müəyyənləşdiriləcək.

Müsabiqənin final mərhələsində hər nominasiya üzrə 1 nəfər I, 1 nəfər II, 1 nəfər isə III yer olmaqla, ümumilikdə 9 şagird qalib kimi müəyyənləşdiriləcək. Həmçinin müsabiqənin nominasiyaları üzrə 5 nəfər həvəsləndirici yerə layiq görüləcək, 15 şagirdə isə fəal iştiraka görə “Tərifnamə” təqdim olunacaq.

Qaliblərə BŞTİ tərəfindən diplom və hədiyyələr veriləcək, şagirdləri müsabiqəyə hazırlaşdıran müəllimlər isə “Tərifnamə” ilə təltif ediləcək.

Müsabiqənin əsas məqsədi təhsil  nazirinin əmri ilə  təsdiq  olunmuş  “Aşıq  Ələsgərin 200 illik  yubileyinin  qeyd  edilməsi  ilə  bağlı  Təhsil  Nazirliyinin Tədbirlər Planı”nın icrasını təmin etmək,  təhsilalanları ustad sənətkarın həyat və yaradıcılığı, Azərbaycan folkloru və xalq ədəbiyyatının mühüm hissəsi olan aşıq sənəti ilə tanış etmək, xüsusi istedada malik olan şagirdləri üzə çıxarmaq, onların bədii-estetik zövqünü formalaşdırmaq və məktəblilərin yaradıcılıq səviyyələrinin yüksəldilməsinə dəstək verməkdən ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi