"Aşıq Ələsgər və Azərbaycan folkloru" mövzusunda yaradıcılıq müsabiqəsinin məktəb mərhələsi keçirildi
"Aşıq Ələsgər və Azərbaycan folkloru" mövzusunda yaradıcılıq müsabiqəsi Azərbaycan Respublikası təhsil nazirinin 26.07.2021-ci il tarixli F-372 nömrəli əmri ilə təsdiq olunmuş "Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər Planı"nın icrasını təmin etmək, təhsilalanları ustad sənətkarın həyat və yaradıcılığı, Azərbaycan folkloru və xalq ədəbiyyatının mühüm hissəsi olan aşıq sənəti ilə tanış etmək, istedadlı şagirdləri üzə çıxarmaq, onların bədii-estetik səviyyəsini yüksəltmək və yaradıcılıq potensialını inkişaf etdirmək, yaradıcı məktəblilərə dəstək olmaq məqsədilə təşkil edilir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən paytaxtın ümum təhsil məktəblərinin VII-X sinif şagirdləri arasında "Aşıq Ələsgər və Azərbaycan folkloru" mövzusunda yaradıcılıq müsabiqəsi elan edilmişdir.
25 oktyabr 2021-ci il tarixində müsabiqənin məktəb mərhələsi keçirildi.
Tədbirdə məktəbin VIII-X sinif şagirdləri iştirak etdilər.
"Mahnı" nominasiyası üzrə məktəbin 9 c sinif şagirdi Alışova Şamamanın namizədliyi şəhər mərhələsinə təqdim olundu.
Şagirdimizə müsabiqənin şəhər mərhələsində uğurlar diləyirik.