Məzunlar üçün "Son zəng" çalındı
İyunun 14-də respublikanın bütün orta ümumtəhsil müəssisələrində olduğu kimi bizim məktəbdə də "Son zəng" günü münasibətilə tədbir keçirildi.
Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başladı.
Tədbiri məktəbin Uşaq Birliyi Təşkilatı rəhbəri Suğra Quliyeva açıq elan etdikdən sonra çıxış üçün ilk sözü məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Aybəniz Orucovaya verdi. A.Orucova çıxışı zamanı ilk öncə məzunları salamladı. Onları təbrik edərək, uğurlar arzuladı.Daha sonra çıxışına "Bu il Son zəng günü ayrı bir sevinclə qeyd olunur. Çünki, illərlə həsrətini çəkdiyimiz işğal altında olan doğma torpaqlarımız azad olundu. Buna görə Cənab Ali Baş Komandan İlham Əliyevə, o cümlədən Vətən uğrunda canından keçən şəhidlərimizə, Rəşadətli Ordumuza borcluyuq. " deyərək davam etdi. A.Orucova tədbir iştirakçılarından şəhidlərimizin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsini xahiş etdi.
Daha sonra çıxış üçün söz 11"a" və 11"b" sinfinin sinif rəhbərləri Aygül Quliyevaya, Nigar Talıbovaya, məktəbin psixoloqu Məlahət Qasımlı, fənn müəllimlərindən Ramin Orucov, Ayşən Cəfərli, Vahid Əsgərov, Almara Həsənova, və ibtidai sinif müəllimlərindən Arifə Mahmudova, Gülyaz Nəsibova, o cümlədən məzunlara verildi.
Daha sonra çıxış üçün söz məktəbin direktor səlahiyyətlərini müvəqqəti icra edən Əhmədov Böyükağa müəllimə verildi. B.Əhmədov çıxışı zamanı məzunları təbrik etdi, onlara gələcək həyatlarında uğurlar arzuladı.
Sonda "Məktəb illəri" adlı musiqinin sədaları altında 2020-2021-ci tədris ilinin məzunları üçün son zəng çalındı.